Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi

Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi

Kapital Bank

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları üçün bura daxil olun.

Elan № 16262

Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları

Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları

15 Yanvar 2024

Elan tarixi

24 Fevral 2024

Bitmə tarixi

11966

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Xidmət

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

Öhdəliklər

  • Baş ofisə daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul edərkən onların ünvanlarının düzgünlüyünü, zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirir. 
  • Zərf açılarkən sənədlərin tamlığını, zədələndiyini və nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğunluğunu yoxlayır. 
  • Zərfə səhv qoyulmuş sənədləri geri qaytarır və ya həmin sənədi göndərənin razılığı ilə aidiyyəti üzrə göndərir. 
  • Bankın baş ofisindən, filiallarından və digər təşkilatlardan daxil olmuş sənədlərin qeydiyyatını aparır.
  • Şöbədə qeydiyyatdan keçmiş xidməti sənədlər və digər korrespondensiyalarla tanış olub icra edilməsi üçün müvafiq qaydada departamentlərə təqdim edir. 
  • Struktur bölmələrdən sənədləri göndərmək üçün təhvil almazdan əvvəl həmin sənədlərin düzgün tərtib edilməsini, o cümlədən ünvan sahibinin adını, ünvanını, müvafiq imzaları, tarixin və əlavələrin olub-olmadığını yoxlayır.
  • Göndərilən korrespondensiyaları zərflərə yerləşdirir, ünvanları yazır və markalayır.
  • Baş ofisdən göndərilən sənədlərin ünvanlarına çatdırılması üçün poçta təqdim edir
  • Baş ofisə daxil olan qəzet və jurnalları struktur bölmələrə çatdırır. 
  • Əmək müqaviləsi, şöbənin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, şöbənin əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti
  • Rus dili mütləqdir, ingilis dili arzuolunandır;
  • Bankçılıq sahəsi haqqında ilkin anlayış;  
  • Tez öyrənmə bacarıqları, problemlərin həlli və ya həll yolları təklif etmə;
  • Detallara diqqət, dəqiqlik və təcili işlərə həssaslıq;
  • Microsoft Word, Excel və internetdə işləmə bacarığı;
  • Təşəbbüskarlıq və məsuliyyətlilik qabiliyyəti. 

    Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin -https://urlgeni.us/linkedin/mblbnnr

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!


Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Elan № 16262

Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları

Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyaları

15 Yanvar 2024

Elan tarixi

24 Fevral 2024

Bitmə tarixi

11966

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"