Baş mühasib is elani
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Baş mühasib vakansiyaları üçün bura daxil olun.
Elan № 448
Baş mühasib vakansiyaları
Baş mühasib vakansiyaları
15 Yanvar 2020
Elan tarixi
14 Fevral 2020
Bitmə tarixi
561
Baxılıb
İş məlumatları
İş barədə məlumat
Vəzifə: Baş mühasib.
İş yeri: Kürdəmir rayonu.
İşəgötürən təşkilat: “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi.
Layihə: “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP). STEP layihəsi çərçivəsində narçılığın geniş yayıldığı Aran iqtisadi rayonunun Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Hacıqabul, İmişli və Saatlı rayonlarında təqribən 2000 mikro və kiçik narçı fermerlərin maddi rifahına təsir göstərəcək məsləhət xidmətləri icra ediləcək.
Ümumi məlumat
Baş mühasib donorlar və hökumət qurumları qarşısında maliyyə hesabatları, vergi hesabatları və fəaliyyətin ümumi maliyyə idarəçiliyi ilə məşğuldur.
Vəzifələr
• Maliyyə idarəetməsini asanlaşdırmaq və inkişaf etdirmək, maliyyə nəzarəti və şəffaflığı artırmaq, xərclərin təhlilini asanlaşdırmaq üçün maliyyə uçotu və hesabat sistemini qurmaq;
• Yerlərdə maliyyə monitorinqi və nəzarəti həyata keçirmək;
• Layihənin iş planı və büdcəsini koordinasiya etmək;
• Büdcə fərqliliyi təhlili daxil olmaqla aylıq maliyyə hesabatlarını hazırlayıb Layihə menecerinə təqdim etmək;
• Əməliyyat xərcləri, avans ödənişlər, ƏDV və s. sistemli qeydiyyatı və izlənilməsini, bütün maliyyə sənədlərinin, o cümlədən qəbzlərin toplanılmasını təmin etmək;
• Xərclərə qənaət strategiyalarının hazırlanması və həyata keçirilməsi;
• E-Qaimə və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatları həyata keçirmək;
• Rəsmi hesabatları (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim etmək;
• Daxil olan materialların və xidmətlərin uçotunu aparmaq;
• Əsas vəsait və qeyri-maddi materialların uçotunu aparmaq;
• İnzibati və kommersiya xərclərinin uçotunu aparmaq;
• Müştərilərin və təzhizatçıların müqavilələrin qeydiyyatı və onlara nəzarət etmək;
• Şirkətin kassa uçotunun aparılması;
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanmasına nəzarət etmək;
• Əməliyyatları 1C proqramında aparmaq;
• Mənfəət/Zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatları aparmaq;
• Debitorlarla mütəmadi əlaqə saxlanılması və borclar üzrə üzləşmələrin aparılması.
Tələblər
• Maliyyə, mühasibatlıq və ya digər müvafiq sahədə ali təhsil;
• Baş mühasib kimi ən azı 5 il iş tərcrübəsi;
• 1C, Excel və Word proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı, E-portal proqramı ilə işləmək bacarığının olması;
• Vergi, Əmək, Mülki və digər qanuvericiliyi barədə biliklər.
Maraqlanan namizədlərdən öz CV-lərini step@pomegranate.az poçt ünvanına, mövzu bölməsində “Baş mühasib” yazmaqla göndərmələri xahiş olunur.
OXŞar vakansİYALAR
Kassir (Hacıqabul)
Kontakt Home
İnzibati Dəstək üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis
AccessBank
Tax and Accounting Specialist
PASHA Real Estate
Operator
Vumes
Təcrübə proqramı – Kredit mütəxəssisi
City Finance BOKT
Kassir (Dəniz Mall)
Supertoys MMC
Dərzi
Hərbi mağaza
Əməliyyatlar üzrə mütəxəssis (Masallı)
Kontakt Home
Daxili nəzarət üzrə mütəxəssis
PASHA Property Management
Sayım üzrə mütəxəssis
Karaca
Xəzinədar
Missiya Təhsil Şirkəti
Elan № 448
Baş mühasib vakansiyaları
Baş mühasib vakansiyaları
15 Yanvar 2020
Elan tarixi
14 Fevral 2020
Bitmə tarixi
561
Baxılıb